Kreml Böyük Britaniyanın baş naziri Boris Consonun istefasını bu gün elan edəcəyi ilə bağlı xəbərə münasibət bildirib.

"Unikal" xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Conson Rusiyanı, Rusiya da Consonu sevmir.

Bununla bağlı jurnalistlərə açıqlama verən Peskov, “Bizim də ondan xoşumuz gəlmir” deyərək, Rusiyanın İngiltərə baş nazirinin istefasına əhəmiyyət vermədiyini bildirib.

Qeyd edək ki, Conson Ukraynanın işğalından sonra Rusiyanı ən sərt şəkildə tənqid edən liderlər arasında idi.

Gülayə Mecid