Sinqapurda insan haqları təşkilatlarının etirazına baxmayaraq 2 narkotik alverçisinin edam edildiyi bildirilib.

"Unikal" xəbər verir ki, malayziyalı Kalvant Sinqh və sinqapurlu Norashari Qous edam edildikdən sonra onların əşyaları və ölüm şəhadətnaməsi ailələrinə təhvil verilib.

İnsan haqları təşkilatları edamların beynəlxalq insan hüquqlarının pozulması olduğunu bəyan ediblər.

"Amnesty İnternational" təşkilatı Sinqapurun narkotik ticarətinə görə ölüm cəzası tətbiq edən dörd ölkədən biridir.