Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya genişmiqyaslı hücumun səbəbləri ilə bağlı suallara cavab verməyib. 

"Unikal"  UNIAN-istinadən xəbər verir ki, bu, G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl fotosessiya zamanı baş verib.

Belə ki, Lavrov fotoqraflara poza verəndə jurnalistlərdən biri  “Niyə müharibəyə başladınız?” sualını  ünvanlayıb.  Bu zaman Lavrov suala məhəl qoymayaraq yoluna davam edib. 

Xatırladaq ki, bu gün, iyulun 8-də İndoneziyada G20 xarici işlər nazirlərinin görüşü keçirilir. 

Gülayə  Mecid