G-20 ölkələrinin diplomatları bu gün Balidə keçirilən görüşdə Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı hər hansı konsensusa gələ bilməyiblər.

"Unikal" xəbər verir ki, bu barədə  Associated Press yazır.

Agentlik qeyd edir ki, “birliyə və müharibənin dayandırılmasına emosional çağırış”a baxmayaraq, diplomatlar yekun kommünike ilə bağlı razılığa gəlməyiblər və əvvəlki illərdə olduğu kimi ənənəvi qrup şəklini çəkməyiblər.

Notada deyilir ki, ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibə başlayandan bəri ilk dəfə bir böyük danışıqlar masası arxasına otursalar da,  bir-birlərinə məhəl qoymayıblar.

Qərb diplomatlarından birinin sözlərinə görə, Lavrov görüşləri ən azı iki dəfə tərk edib.

G-20-nin ikinci iclasında Blinken Rusiya nümayəndə heyətini “hədəf” edib, Moskvanı Ukrayna limanlarında milyonlarla ton taxılın qarşısını almaqda birbaşa ittiham edib. ABŞ rəsmiləri terrorizm, transmilli cinayət, iqlim və iqtisadi məsələlər kimi qlobal fəaliyyət planları kimi qəbul edilən əsas məsələlərlə bağlı birgə bəyanatlar verərkən əvvəlki illərdə olduğu kimi qrup kommünikesinin olmayacağına eyham vurublar.

Hazırkı G-20 prezidenti İndoneziya neytral yol tutmaq cəhdi olaraq, mahiyyət etibarilə bölücü olmayan və siyasi olmayan bir gündəm müəyyən edib.

Ölkə Rusiyanın işğalından sonra neytral qalmağa çalışıb və onun prezidenti Coko Vidodo şərhlərində ehtiyatlı davranıb.

Ramil Zeynallı