Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaitlərin auditi aparılır.
"Unikal" xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilən layihələrin icrasına 2020-2021-ci ildə başlanıb, onların başa çatması 2022-ci və sonrakı illərdə nəzərdə tutulub: “Hesablama Palatası tərəfindən bu istiqamətdə ayrı-ayrı layihələrin auditinə 2022-ci ilin fevral ayından başlanılsa da, obyektlərdə aparılan tikinti işləri davam etdiyindən ilkin nəticələr barədə yalnız aidiyyəti qurumlar məlumatlandırılıb. Audit tam başa çatdıqdan sonra məlumatlar müvafiq qaydada açıqlanacaq”.