Azərbaycan millisinin və İngiltərə "Vulverhempton"unun futbolçusu Renat Dadaşov İsveçrənin "Qrasshopper" komandasına keçib.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Sürix təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov 2020-ci ildə də icarə əsasında "Qrasshopper"də çıxış edib.