“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,38 % azalaraq 1 barelə görə 106,61 dollar təşkil edib.
"Unikal" xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə “WTI” (Qərbi Texas) markalı neftin 1 barelinin qiyməti 0,64% azalaraq 104,12 dollara bərabər olub.