Moldovada qiymətlər iyunda 2,21 faiz artıb. İlin birinci yarısında inflyasiya 20,17 faiz, illik inflyasiya isə (2021-ci ilin iyun ayından) 31,83 faiz təşkil edib.
"Unikal" xəbər verir ki, Milli Statistika Bürosunun məlumatına görə, iyun ayı inflyasiyası əsasən xidmətlərin qiymətlərinin 4,31 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 2,35 faiz, məhsulların isə 0,57 faiz bahalaşması hesabına baş verib.
Təbii qazın tarifinin 22,66 faiz, elektrik enerjisinin isə 13,10 faiz artması mənzil-kommunal xidmətlərin qiymətinin kəskin artmasına (10,43 faiz) səbəb olub.
Statistikaya görə, ərzaq məhsulları arasında ən çox şəkər (6,46 faiz), çörək və buğda (3,9 faiz) bahalaşıb.