“Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində baş vermiş partlayış və yanğının qaz sızması ilə əlaqəsi yoxdur”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, partlayışdan sonra Azəriqaz İB qəza xidməti tərəfindən hadisə yeri tam araşdırılıb və qaz sızması aşkarlanmayıb:
"Hadisənin baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır".