Tovuzda qətl hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib:
"Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir".
Tural Əhmədov