SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan Regional qaz istismarı İdarəsinin Şirvan xidmət sahəsində olub.

"Unikal" xəbər verir ki, Şirvan XS-in inzibati binasında işçilər üçün yaradılan şəraitlə tanış olan baş direktor idarənin kollektivi ilə görüşüb.

Qayğıları ilə maraqlanan Birlik rəhbəri onların problemlərinin həll olunması üçün Salyan RQİİ-nin rəhbərliyinə göstəriş verib.

Ruslan Əliyev əmək fəaliyyətində fərqlənən çilingər və qaynaqçı peşəsində çalışan 29 əməkdaşa Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edib. Sonda baş direktor kollektivlə xatirə şəkli çəkdirib.