Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qlobal taxıl böhranı zamanı problemlərin həlli üçün səylərini ortaya qoyan Türkiyəyə münasibətindən məmnunluğunu ifadə edib.

"Unikal" xəbər verir ki, Rusiya və Ukrayna böhranı arasında Qara dənizdən taxıl daşınması ilə bağlı İstanbul görüşündən sonra  Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş açıqlama verib.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə açıqlama verən Quterreş Rusiya-Ukrayna böhranı fonunda Qara dənizdən taxıl daşınması ilə bağlı İstanbul toplantısını təşkil etmək üçün Türkiyə hökumətinin "fərqli səylərindən" məmnun olduğunu bildirib:

“Türkiyəyə göstərdiyi qeyri-adi səylərə və irəliləyişdəki mühüm roluna görə təşəkkür edirəm”-deyə baş katib bildirib. 

"Bu gün İstanbulda Ukrayna ərzaq məhsullarının Qara dəniz üzərindən təhlükəsiz ixracını təmin etmək üçün qəti addımların şahidi olduq. Mən Türkiyə hökumətinə bu danışıqların baş tutması üçün göstərdiyi fövqəladə səylərə və irəliləyişdəki mühüm roluna görə təşəkkür edirəm. Bu gün biz insanların əzablarını yüngülləşdirməyə, dünyada aclığı azaltmağa çalışaraq, inkişaf etməkdə olan ölkələrə dəstək olmaq və bir qədər sabitlik təmin etmək üçün bir ümid işığımız var. Bu, hərtərəfli bir razılaşma yolunda mühüm və əsaslı bir addımdır."- Quterreş bildirib.

Rusiya və Ukrayna rəsmilərinə "konstruktiv iştiraklarına" görə təşəkkürünü bildirən Quterreş, "İstanbuldan gələn ümid bu gün bizə dialoqun vacibliyini göstərir. Gəlin, bu ümid işığından ilhamlanaq ki, bu, çox böyük işlərə aparan yolu işıqlandırsın.