Maldiv adalarında olan Şri-Lanka Prezidenti Qotabaya Racapaksa şəxsi təyyarə ilə Sinqapura gedəcək.

"Unikal" xəbər verir  ki, bu barədə Şri-Lankanın “Daily Mirror” qəzeti məlumat yayıb. Bildirilir ki, orada öz istefasını elan edəcək.

Maldiv adalarında yeganə olan İbrahim Nasir Beynəlxalq Hava Limanı, Racapaksanın planlaşdırılan gedişi ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri altındadır. Bildirilir ki, göyərtəsində dövlət başçısı və xanımı olan şəxsi təyyarənin yola salınması “tezliklə” baş tutacaq.

Onun iyulun 13-də dövlət başçısı vəzifəsindən istefa verəcəyini rəsmən elan edəcəyi gözlənilirdi, lakin bu baş verməyib.

Qeyd edək ki, o, iyulun 9-da Kolomboda istefa tələbi ilə keçirilən kütləvi etirazlardan sonra ölkəsini tərk edib.