Avropa İttifaqı bir həftə ərzində ardıcıl yeddinci olacaq növbəti anti-Rusiya sanksiyalar paketini təqdim və təsdiq etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "Euractiv" portalı avropalı diplomatlara istinadən məlumat yayıb. 

Qeyd olunur ki, gələn həftənin ortalarına qədər yeni məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi ehtimalı var. Sanksiyalar Rusiya qızılının idxalına qadağa, həmçinin Rusiyaya ixracı qadağan edilən malların siyahısının genişləndirilməsini əhatə edəcək. Bundan əlavə, tədbirlər Rusiya hakimiyyəti ilə əlaqəli olduğu iddia edilən şəxslərə və şirkətlərə təsir edəcək.

Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Hazırda son sanksiyalar paketi Rusiya Federasiyasında neftin alınmasına tədricən embarqonun tətbiqini nəzərdə tutur.