Almaniyanın Ştutqart şəhərində iki uşaq anası Rümeysa G. əri İsmayıl G. tərəfindən qətlə yetirilib.
"Unikal" xəbər verir ki, buna səbəb 32 yaşlı qadının ərindən ayrılıb Hollandiyaya köçmək istəməsi olub.
Belə ki, türk vətəndaşı olan İsmayıl həyat yoldaşına axırıncı dəfə görmək istədiyini bildirib və onu sakit əraziyə aparıb. Daha sonra cani şəxs qadına tək güllə ilə alnından vuraraq öldürüb.
Qatil Bosniya və Herseqovina, oradan da Türkiyəyə getmək üçün taksiyə minərək 1800 avro ödədiyi bildirilib. Onun dəqiq olaraq hara getdiyi məlum deyil. 36 yaşlı İsmayıl G. barəsində cinayət işi açılıb. Onun axtarışları davam edir.