Yaponiyanın Baş naziri Kişida Fumio keçmiş Baş nazir Şinzo Abenin ölümündə polisi günahlandırıb.

"Unikal" xəbər verir  ki, Kişida iyulun 8-də seçki kampaniyası zamanı açıq hava tədbirində çıxış edən Abenin öldürülməsində təhlükəsizlik tədbirlərinin yetərli olmadığını bildirib.

Nara şəhərinin polis rəisi Tomoaki Onizuka bildirib ki, Abenin müdafiəsi və təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı problemlərin olması danılmazdır.

Abe iyulun 8-də ölkənin Nara şəhərində Liberal Demokrat Partiyasının namizədinin seçki kampaniyasına dəstək məqsədilə açıq hava tədbirində çıxış edərkən sinəsindən güllə yarası alıb.

Hücumdan sonra ağır yaralarla xəstəxanaya qaldırılan Abenin öldüyü açıqlanıb.