Avropanın enerji komissarı Kadri Simson  Azərbaycana səfər edəcək.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bu ayın sonunda Bakıya səfər edəcək və hər iki tərəfin rəsmiləri danışıqlar aparacaqlar.

"Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik" deyə  Aİ rəsmisi bildirib. 

Memorandumda həmçinin Aİ ilə Azərbaycan arasında, o cümlədən Qara dəniz və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası vasitəsilə elektrik enerjisi əlaqələrinin inkişafı nəzərdə tutulur.

Gültəkin Ələsgər