Rusiyanın Braziliyadakı səfirliyinə şübhəli bağlama daxil olub.

"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə departamentdən məlumat verilib.

Çağırış yerinə polis və yanğınsöndürənlər gəlib. Partlayıcılarla işləyən qrup paketin partlamasını həyata keçirib. 

Hazırda polis paketin içindəkiləri araşdırır. Səfirlik hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.

Qeyd olunur ki, bu insident diplomatik nümayəndəliyin işinə təsir etməyib.