Rusiyanın pilotsuz təyyarələr almaq ümidi ilə hərbi yardım üçün İrana üz tutması Moskvanın hazırkı acınacaqlı vəziyyətindən xəbər verir. 

"Unikal" xəbər verir ki, bunu rusiyalı publisist Andrey Piontkovski yerli KİV-lərdən birinə açıqlamasında deyib. 

"Rusiyanın nəyə gəldiyini başa düşürsünüzmü? O, təkcə Çinin əlavəsi deyil, o, indi texnologiyalarına görə İrandan asılıdır", - o deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında İran ukraynalılara qarşı müharibə üçün Rusiyaya pilotsuz təyyarələr satmadığını elan edib. İranın Xarici İşlər Nazirliyi əmin edib ki, ölkə hərbi əməliyyatların daha da genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan çəkinir.

Gülayə  Mecid