Futbol üzrə Rusiya milli komandasının və Moskva "Spartak"ının keçmiş məşqçisi Georgi Yartsev 74 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, məlumatı mə.qçinin həyat yoldaşı təqsdiqləyib.
Yaxınlatrının verdiyi məlumata görə, iyulun 15-də Yartsev xəstələnib, evdə huşunu itirib. Qohumu təcili yardım çağırıb, gələn həkimlər onun öldüyünü bildiriblər.
Qeyd edək ki, George Yartsev məşqçi kimi Moskvanın "Spartak", "Torpedo" və "Dinamo", Volqoqradın "Rotor" və Moldovanın "Milsami" klublarına rəhbərlik edib. Onun rəhbərliyi altında “Spartak” 1996-cı ildə ölkə çempionu olub.
Yartsev milli komandaya da rəhbərlik edib, 2004-cü ildə onunla Avropa çempionatının əsas mərhələsinə yüksəlib.
Yartsev "qırmızı-ağ"lı futbolçu kimi 1979-cu ildə SSRİ çempionu olub.