"Bu gün Prezident İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə əla görüşlərim oldu".
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.
“Sülh prosesinin vəziyyətini qiymətləndirdik. Həmçinin Aİ-nin Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin sabah Gürcüstanda görüşünün keçirilməsi ilə bağlı ikitərəfli qərarını dəstəklədiyini ifadə etdim” – deyə diplomat vurğulayıb.