Bakı şəhərinin Nərimanov rayonunda avtomobil yanıb. 

Fövqaladə Hallar Nazirliyindən "Unikal"a verilən məlumata görə, "Khazar" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin məlumata görə, yanğın baş verən zaman avtomobil hərəkətsiz vəziyyətdə olub. 

Baş vermiş hadisəyə görə Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində tıxac yaranıb. Əraziyə Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Hazırda yolda nəqliyyatın normal hərəkətinin bərpası istiqamətində işlər aparılır.