Bosniya və Herseqovinanın mərkəzi regionlarında meşə yanğınları baş verib.

"Unikal" xəbər verir ki, Çitluk və Çaplyina bələdiyyələrinin sərhədində baş verən meşə yanğını hələlik nəzarət altına alınmayıb. Yanğının yaşayış məntəqələri üçün təhlükə yaratdığı qeyd olunub. Üç kilometr ərazini əhatə edən yanğının söndürülməsinə mülki-müdafiə qüvvələri ilə yanaşı, Bosniya və Herseqovina Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub.

Qismən nəzarət altına alınan yanğının külək səbəbindən yenidən təsirini artırdığı bildirilib.