ABŞ Prezidenti Co Bayden impiçmentlə üzləşə bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Demokratlar Partiyası noyabrda keçiriləcək aralıq seçkilərdə məğlub olarsa, Konqresin hər iki palatasına nəzarəti itirərsə, Co Bayden impiçment ola bilər.

Bəzi respublikaçı partiya üzvləri bu istiqamətdə hərəkət edəcəyini açıq şəkildə bildirib.

Xatırladaq ki, Baydenin sələfi Donald Trampa qarşı iki dəfə impiçment elan edilib. Lakin hər ikisində də Senat ona bəraət qazandırıb.