Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli yataqxanada yanğın olub.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı binanın ikinci və üçüncü mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı, 4 p.m kabel və 2 ədəd dolab yanıb.

Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.