Ukraynada gedən ağır döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə yaxınları Kərim Qulamovun şəxsi “Facebook” səhifəsində məlumat yerləşdiriblər. Məlumata görə, K.Qulamov Ukraynanın Obuxov şəhərində doğulub, son bir neçə ildə isə İrpen şəhərində yaşayıb.
Müharibə başlayandan sonra könüllü olaraq ordu sıralarına qoşulan həmyerlimiz Ukraynanın şərqində gedən döyüşlərdə iştirak edib.