Bakıda sərnişin avtobus sürücüsünü döyüb.

"Unikal" xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Sabunçuda qeydə alınıb.

Belə ki, 118B marşrut xəttinin sürücüsü Əziz Qorçiyev avtobusdakı sərnişinlərdən biri ilə mübahisə edib. Mübahisə zamanı sərnişin sürücünü döyərək ağır xəsarətlər yetirib. Ə.Qorçiyev 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onun reanimasiyada olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.