Avropa Komissiyasının rəhbəri bazar ertəsi Bakıda olub.
"Unikal" xəbər verir ki, bunu iyulun 22-də Ermənistan Milli Assambleyasında mətbuat konfransında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister Azərbaycanla imzalanmış memorandumu şərh edərkən deyib.
Onun sözlərinə görə, Avropa bir problemlə üz-üzədir.
Xüsusilə, söhbət Rusiya qazının tədarükünün azaldılmasından gedir. “Məlum səbəblərə görə biz Rusiya Federasiyasından qaz idxalını tez bir zamanda məhdudlaşdırmağa və azaltmağa məcburuq. Aİ Rusiya qazından daha az asılı olmaq istəyir. Biz daha az ödəmək istəyirik. Brüssel Rusiyadan resurslar almağa davam edərsə, dolayısı ilə Ukraynaya qarşı təcavüz və müharibəni maliyyələşdirəcək.
Ona görə də biz enerji ehtiyatlarımızı şaxələndirməliyik, xüsusən də bərpa olunan enerji mənbələrinə tam keçməmişik.
Bu, bizə daha müstəqil olmağa imkan verərdi. Ona görə də uzunmüddətli perspektivdə qaz təchizatı baxımından Aİ asılı olacaq”, - deyə Mak Allister izah edib. Avropa parlamentarisinin qeyd etdiyi kimi, Əlcəzair, Qətər və Azərbaycan Rusiyadan gələn enerji daşıyıcılarına alternativ ola bilər.
Beləliklə, Brüssellə Bakı arasında imzalanmış saziş Azərbaycandan nəql olunan qazın həcmini artırmaq məqsədi daşıyır.