Türkiyədə yerli hava hücumundan müdafiə sistemi “Sungur”un ilk partiyası ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi qurumunun rəhbəri İsmail Dəmir sosial şəbəkə səhifəsində yazıb.
O, yeni silahın hərbçilər üçün xeyirli olmasını arzulayıb.
Qeyd edək ki, “Aselsan” tərəfindən PUA-lar, helikopterlər və qırıcılar əleyhinə hazırlanan “Şahin” 40 millimetrlik fiziki məhvetmə sistemi “Sungur”un bir nəfər tərəfindən idarə olunan və çiyindən atılan versiyasıdır.
1️⃣Portatif hava savunma füze sistemimiz SUNGUR, platformlardan sonra tek er tarafından omuzdan atılan versiyonuyla da Mehmetçiğin hizmetinde!
— Ismail Demir (@IsmailDemirSSB) July 24, 2022
İHA’lar, jetler ve helikopterlere karşı etkili olan SUNGUR Silah Sisteminin ilk kafilesini TSK’ya teslim ettik. Hayırlı olsun!@roketsan pic.twitter.com/6yipDQvuAV