Afrikada qazılan yeni su quyusuna Borçalı adı verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Unikal"a verilən məlumata görə, bu aksiyanın təşəbbüskarı Gürcüstanda yaşayan Minurə Mustafayeva adlı soydaşımız olub.
O, lazım olan vəsaiti toplayaraq, Afrikada susuzluqdan əziyyət çəkən insanlara göndərib. Soydaşımızın təşəbbüsü ilə Afrikada 3 su quyusu açılıb və bu ilin avqustunda 4-cü quyunun da açılması üçün vəsait göndərilib.
Minurə Mustafayeva bu ilin 2-8 avqust tarixlərində Şuşada keçiriləcək Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak edəcək.
Minurə gördüyü nəcib və humanist işləri barədə Diaspor TV-nin "Vətən uzaqda deyil" proqramına danışıb.