82 saylı Ağcabədi dairə seçki komissiyanın həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov deyib.
MSK katibi bildirib ki, A.Quliyev məhkəmə qərarına əsasən, 31 may tarixində həbs edilib və o, DSK üzvlüyündən çıxarılıb.