İyulun 28-i səhər saatlarında rus qoşunları Ukraynanın şimal vilayətlərinə kütləvi raket hücumu həyata keçirib.
"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, raketlər Belarus ərazisindən atılıb.
Ümumilikdə 20-dən çox raket zərbəsindən sonra, itkilər barədə məlumat verilməyib.
Belarus mənbələrinin məlumatına görə, Qomel yaxınlığındakı Zyabrovka aerodromundan təxminən bir saat ərzində Ukraynaya doğru 25 raket buraxılıb.
Ağarza Elçinoğlu