“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 22-ci görüşü 26-27 iyul 2022-ci il tarixində Qusar şəhərində keçirilib.
"Unikal" xəbər verir ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Elçin Məmmədov, Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin eləcədə Dövlət Sərhəd Xidmətinin və Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmişdir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmışdır. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanmışdır.