Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosu əhalini ehtiyatlı olmağa çağırıb.
"Unikal" xəbər verir ki, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.