"Karantin qaydalarında müəyyən sərtləşmə ola bilər. Çünki karantin hələ bitməyib. İnsanlar elə bilirlər ki, pandemiya sona çatıb. Nə qədər ki, pandemiyanın bitməsi rəsmi elan olunmayıb, demək onun içərisində yaşayırıq".
Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, karantin qaydaları həddindən artıq yumşaldılıb, amma epidemoloji vəziyyətə görə sərtləşdirilə bilər:
"Hansı epidemoloji vəziyyət olmasından asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, pandemiya sona yaxınlaşır. Düşünürəm ki, sərt qapanmaların olması gzölənilmir. Belə ki, iqtisadiyyat, təhsil bundan xeyli ziyan çəkdi. Ola bilər ki, qapalı mühitdə maska taxılması yenidən tətbiq olunsun, kütləvi tədbirlərdə müəyyən məhdudiyyətlər edilsin. Çox sərt tədbirlərin olacağını düşünmürəm".
Anar Kəlbiyev