“Final” yağ komandası Zaur Baxşəliyev ilə birlikdə ölkəmizin bölgələrini qarış-qarış gəzməyə davam edir və hər həftə bölgələrimizdə səfərləri zamanı təsadüfi bir evin qapısını döyərək qonaq olurlar.
"Unikal" xəbər verir ki, səfərlər zamanı “Final” komandası və Zaur bəy #bizimevdəfinal var deyənlərin evinə əlidolu getməyi, hər kəsə hədiyyələr təqdim etməyi də unutmur.
Kampaniya yeni başlayıb və bölgə ziyarətləri dinamik şəkildə davam edir. Komanda ölkənin gözəl yerlərini səfərə hələ yenicə isinib. Bu səfərlər zamanı Vətənimizin müxtəlif bölgələrinə gedib, evində “Final” yağ olan hər kəsə hədiyyələr təqdim edilir.
Komandanın bu səfərki istiqaməti isə tarixi abidələrlə zəngin və rəngarəng təbiəti ilə seçilən Şamaxı və İsmayıllı oldu. “Final” ailəsi ilk səfərləri olan Quba və Qusar bölgələrində də olduğu kimi bu səfərdən də çox məmnun ayrıldı, evində “Final” olan, #bizimevdəfinal deyən hər kəsə hədiyyələr verilib.
Qeyd edək ki, “Final” ailəsinin bölgələrə səfərləri davam edir və siz də adıçəkilən yağ markasının məhsullarından alaraq hədiyyə qazananlardan ola bilərsiniz.