Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 22 müntəzəm marşrut xətti üzrə 28 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə "Unikal"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 6-8 dəqiqə gecikmə müşahidə olunur
2. Tbilisi prospekti - 20 Yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-7 dəqiqə gecikmə müşahidə olunur.
3. Bakı - Sumqayıt şossesində – Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva pr-də və əks istiqamətdə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinə qədər sıxlıq müşahidə olunur. Bu səbəbdən həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65, 67, 83, 96, 114A, 114B, 119, 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.