2022-ci ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehtiyatları 54,2 milyard dollara yüksəlib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfrasında deyib.
AMB sədri bildirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,8% çoxdur.