TƏBİB-in tabeliyində olan Nərimanov Tibb Mərkəzinin həkim-cərrahı Hüseynov Azad Əli-Abas oğlu vəfat edib.
"Unikal" xəbər verir ki, həkim ürək-ağciyər çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsinə könüllü olaraq qatılan həkim-cərrah “Müharibə veteranı” adını alıb. Həmçinin o, çoxillik səmərəli əmək fəaliyyətinə görə, bir sıra fəxri fərmanlarla da təltif edilib.