Hirkan Milli Parkında aprelin 14-dən iyunun 21-nə qədər olan müddət ərzində heyvanların görüntüləri çəkilib.
"Unikal" xəbər verir ki, maraqlı görüntülər Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) feysbuk səhifəsində paylaşılıb. Görüntülər belə şərh edilib:
“Hirkan Milli Parkının dinc bir guşəsində bir pəncərənin önündən keçən park sakinləri. Hər biri öz “işinə” tələsir. Ovçusu da var, şikarı da. Biz bu harmoniyanı pozmasaq, onların həyatı beləcə öz axarında davam edəcək”.