Dünyaca məşhur kolumbiyalı müğənni Şakira həbs oluna bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şakira 2011-ci ildən 2014-cü ilə qədər İspaniya xəzinəsinə vergi ödəməməkdə ittiham olunur.
Bununla əlaqədar olaraq, prokurorluq müğənni üçün 8 il 2 ay həbs cəzası və 23 milyon avro cərimə tələb edir.