Amerikalı aktyor Uill Smit “Oskar” mərasimində şillə vurduğu Kris Rokdan üzr istəyib.
"Unikal" xəbər verir ki, aktyor bununla bağlı altı dəqiqəlik video çəkib və davranışının qəbuledilməz olduğunu bildirib. Həmçinin o, Kris Rokun ailəsindən və öz həyat yoldaşından da üzr istəyib. Uill bu vəziyyətin nə qədər insanı incidə biləcəyinin fərqində olmadığını qeyd edib.
Xatırladaq ki, “Oskar” mərasimində Kris Rok Uill Smitin həyat yoldaşı Jada Smith haqqında uğursuz zarafat edib. Buna cavab olaraq Uill Smit səhnəyə çıxıb və onu yumruqlayıb. Daha sonra sonsuz tənqidlər nəticəsində Kino Akademiyasını tərk etmək məcburiyyətində qalıb.