Məşhur reper Timati “Starbucks” qəhvə mağazaları şəbəkəsinin Rusiyadakı aktivlərini satın alıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

İlk mağazanın açılışı avqustda baş tutacaq. Hazırda ad dəyişikliyi üzərində iş gedir.

Xatırladaq ki, "Starbucks" mart ayında Rusiya bazarını tərk edib.