Heç kimin qabağında özümə bəraət qazandırmıram. Məni yenə oyuna salmaq istəyirlər.
"Unikal" xəbər verir ki, bunu reper Dado keçmiş həyat yoldaşı Natavan Həbibinin ikinci dəfə ana olacağı barədə xəbərlərə münasibət bildirərkən deyib.
O, eks-həyat yoldaşının hamilə olmasını sosial şəbəkədə öyrəndiyini etiraf edib:
"Biz çoxdan boşanmışıq. Bizim aramızda olan hər şey bitib. Hamiləlik məsələsini mən də sizin kimi öyrəndim. Allah onu və balasını xoşbəxt etsin".
Qeyd edək ki, eks-cütlüyün Zeyd adlı 2 yaşlı oğlu var.