Dünyaca məşhur müğənni Zayn Malik imicində dəyişiklik edib.

"Unikal" xəbər verir ki, Zayn instaqram hesabında saçlarını çəhrayı rəngə boyatdığı fotosunu yayımlayıb.  

Qeyd edək ki, Zayn bir müddət əvvəl məşhur model Cici Hadiddən ayrılıb. Onların bu münasibətdən Xai adlı qızları da var.

Ayrılığa səbəb Zaynın Cicinin anası İlondaya şiddət göstərməsi olub.

Aynurə Xudaverdiyeva