Məşhur kubalı aktyor Ohani Noa keçmiş arvadı Ceniffer Lopezin yenidən ərə getməsinə sosial şəbəkədə münasibət bildirib.
"Unikal" xəbər verir ki, Lopezlə 1997-98-ci illərdə evli olan aktyor cütlüyün tezliklə boşanacağını qeyd edib:
"Cennifer evliliyini bitirməyəmeyillidir. Çox çəkməz, boşanarlar".
Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə münasibətə başlayıb və 2 ildən sonra ayrılıblar. Onlar 17 illik ayrılıqdan sonra barışıb ötən günlərdə ailə həyatı qurublar.
Aynurə Xudaverdiyeva