Müğənni Nura Suri yaşadığı mənzildən şikayətlənib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Facebook" hesabında paylaşım edib.
Onun sözlərinə görə, binanın yiyəsi vəzifəli şəxslərin qohumudur, yəni məmurların:
"Hər il yay aylarında günlərlə susuz, işıqsız, ilboyu qazsız qalırıq. Heç kəs onlara söz deyə bilmir. Hamı çəkinir. İndiyə kimi bizim məhəllənin problemlərini mən söhbət edə-edə, arada qışqıra-qışqıra həll etmişəm. Bütün qonşular bunu bilir. Neçə gündür suyu kəsiblər. Su idarəsi deyir ki, bizlik deyil, binanın çənində problemlər var, onlar həll etməlidir.Deyirəm ki, axı mən supulunu dövlətə ödəyirəm, necə yəni sizin problem deyil. Deyir, komendantla danışın. Sağ olsun bütün qonşular, ağızlarına su alıb oturublar, elə bil burada məndən başqa yaşayan yoxdur”.
Müğənni bildirib ki, nə qədər ki məmurların bəziləri özlərindən başqa heç kəsi düşünməyəcəklər, millətin probleminə biganə qalacaqlar, problemlər heç vaxt həllini tapmayacaq.