Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı Conni Deppə borcunu ödəmək üçün evi satıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Kaliforniyada yerləşən evini 1.05 milyon dollar qarşılığında yeni sahibinə təqdim edib.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.