Müğənni Aydilgə konsert verərkən həddindən artıq istidən səhnədə huşunu itirib.
"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, huşunu itirən müğənninin köməyinə qaçan həyat yoldaşı onu qucağına alaraq bayıra çıxarıb.
Yay aylarında gərgin konsert tempi ilə çalışan 43 yaşlı müğənni qəfildən səhnədə yıxılıb.Həyat yoldaşı və sağlamlıq qrupları huşunu itirən Aydilgənin köməyinə qaçıb. Tamaşaçılar müğənninin yoldaşının bu hərəkətini alqışlayıblar.