Pekin şəraitdən asılı olmayaraq nüvə silahından ilk istifadə edən ölkə olmayacaq.

"Unikal" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin direktoru Fu Konq bu barədə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının ( BMT ) mənzil-qərargahında Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) iştirakçı ölkələrin konfransında çıxışı zamanı bildirib .

“Çin sülhməramlı inkişaf yoluna və özünümüdafiə nüvə strategiyasına sadiqdir və heç vaxt heç bir şəraitdə nüvə silahından birinci istifadə etməyəcəyinə söz verir”, - o deyib.